HAQQIMIZDA

“Yevlax TV MMC” 2 mart 2009-cu ildə yaradılmış, həmin ilin 17 iyul tarixində ELTV adı və loqotipi ilə yayıma başlamışdır. 10 may 2014-cü il tarixində “Region TV” şəbəkəsinin bir kanalına çevrilmiş və vahid proqram səbətinin tərkibində yerli yayımla fəaliyyətini davam etdirmişdir. 19 sentyabr 2016-cı ildən yeni yaradılan ARB TV-nin şəbəkəsinə qoşulmuş, ARB Media Qrupa “ARB Aran” televiziya kanalı kimi daxil
olmuşdur. 2020-ci ildən şəbəkədən ayrılaraq yenidən ELTV kimi yayıma başlamışdır. Sutkada 24 saat olmaqla Mərkəzi Aran iqtisadi rayonuna iki mənbədən – 24 və 59-cu kanallardakı tezliklərdən yüksək keyfiyyətli rəqəmsal yerüstü yayım aparılır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən rayon və şəhərlərin sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin keyfiyyətinin yüksəldilməsidir. Ötən illər ərzində bu məqsədlə çalışan KİV
kimi ELTV öz mövqeyini xeyli möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. ELTV daim tamaşaçıların zövqünü oxşamağa çalışıb. Bu məqsədlə fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrda və rəngarəng səpgidə onlarla telelayihələr hazırlanır. ELTV bir çox televiziyalarla əməkdaşlıq edir. Gəncənin Kəpəz televiziyası ilə telekörpü yaradaraq müştərək informasiya buraxılışları təqdim edir, həmçinin ölkə əhəmiyyətli tədbirlərin ortaq canlı yayımlarını aparır. Şəkinin Kanal S
televiziyası ilə geniş formatda partyorluğu sayəsində bir neçə televiziya layihəsini hazırlayıb Kanal S efirində eksklüziv olaraq yayımlayır. Eləcə də, Qubanın Qafqaz TV kanalı ilə də geniş əlaqələr yaradaraq audiovizual məhsulların mübadiləsini aparır. Bütün bunlarla paralel ELTV ölkə formatında və Azərbaycan hüdudlarından kənarda keçirilən mühüm tədbirlərdə öz audiovizual məhsullarını – sənədli filmləri, videoçarxları təqdim edir. Qarabağdakı quruculuq işlərini, böyük qayıdışı daim təşviq edən ELTV öz
eksklüziv materiallarını əməkdaşlıq elədiyi kanallarla bölüşərək geniş auditoriyaya təqdim edir. Peşəkarlardan ibarət kollektiv ilə “Elimizin kanalı” şüarına daim sadiqdir.